Tribuna İnformasiya Agentliyi

Prezident sərəncam verdi – 3 milyon ayrıldı

19 Aprel

Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb. 

Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb.

TİA.AZ xəbər verir ki, sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ictimai əhəmiyyət kəsb edən innovativ ideyaların və yaradıcı təşəbbüslərin dəstəklənməsinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin təqdim etdikləri layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.