Prezident Şəmistan Əlizamanlını TƏLTİF ETDİbackend

Prezident Şəmistan Əlizamanlını TƏLTİF ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 16-da Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

TİA.AZ xəbər verir ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilənlərin siyahısında hərbi diktor Şəmistan Əlizamanlının adı da var.

Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi Şəmistan Əlizamanlı Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədridir.