Tribuna İnformasiya Agentliyi

Prezident səhiyyə nazirinə yeni müavin təyin etdi – Rəhim Əliyev kimdi?

29 İyun

Azərbaycan səhiyyə nazirinin yeni müavini təyin olunub.

Müvafiq sərəncamla Rəhim Əliyev səhiyyə nazirinin müavini təyin edilib. O, artıq kollektivə təqdim olunub.

Rəhim Əliyev Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti idi.

Qeyd edək ki, səhiyyə nazirinin müavinlərindən biri – Abbas Vəlibəyov bir müddət öncə vəfat etdiyindən onun yerinə təyinat olmamaışdı/APA.