Tribuna İnformasiya Agentliyi

Prezident Polis Akademiyasının yeni binasının açılışında – Foto

25 Dekabr

Dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub.

TİA.AZ  xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlət başçısına raport verib.

İlham Əliyev ümummilli lideri Heydər Əliyevin Polis Akademiyasının meydanında ucaldılan abidəsi önünə gül dəstəsi qoyub.

Dövlət başçısı yeni tədris binasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra İlham Əliyev xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb.