Prezident Ofisi: “Ukraynada fəlakətli dərəcədə hərbi silah çatışmır”backend

Prezident Ofisi: “Ukraynada fəlakətli dərəcədə hərbi silah çatışmır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ukraynada fəlakətli dərəcədə hərbi silah çatışmazlığı var”.
TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.
“Rusiya və Ukrayna artilleriyasının münasibəti müxtəlif sahələrdə 1/10-ə nisbətindədir. Cəbhə xətti 1000 km-dir. Hər gün ukraynalı müdafiəçilərdən belə məlumat alırıq: “Biz dayanmışıq, müqavimət göstəririk, sadəcə olaraq, siz deyin, silahlar nə vaxt olacaq?”, – o yazıb.
M.Podolyak Almaniyanın Ramştayn şəhərindəki ABŞ hərbi bazasında keçirilən görüşün iştirakçılarına müraciət ünvanlayaraq əlavə edib: “Brüssel, qərar gözləyirik”.
Məlumata görə, Raynştayn görüşü təmas qrupunun Ukrayna üzrə üçüncü görüşü Brüsseldə keçiriləcək.
Xatırladaq ki, aprelin sonunda Almaniyanın Raynştayn şəhərində ABŞ-ın hərbi bazasında keçirilən tədbirdə Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplanmışdı. Bu yığıncaqda ABŞ, Avropa İttifaqına üzv ölkələr, Böyük Britaniya və başqa dövlətlərin nümayəndələri iştirak etmişdilər. Tədbir iştirakçıları birmənalı olaraq, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pisləmişdilər.
Mayın 23-də isə ikinci görüş keçirilib.