Tribuna İnformasiya Agentliyi

Prezident Nazirlər Kabinetinin iclasında qızıl ştanq qaldırdı -VİDEO

03 Noyabr
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov  növbəti əndrəbadi hərəkəti ilə gündəmə gəlib.
Dövlət başçısı paytaxt Aşqabadda təşkil olunacaq ağır atletika üzrə dünya çempionatına hazırlıq işlərinin müzakirəsi zamanı məmurlara öz idman bacarıqlarını nümayiş etdirib.
 
Moderator.az yazır ki,  bu haqda  “Azadlıq” radiosunun türkmən redaksiyası xəbər və video-görüntü yayıb. Q. Berdiməhəmmədov Nazirlər Kabinetinin iclası zamanı ona hədiyyə edilmiş qızıl suyuna salınmış ştanqı başı üzərinə qaldırıb.  İclasda iştirak edən məmurlar prezidentin bu addımını  gülüşlə yox, alqışla qarşılayıblar.