Tribuna İnformasiya Agentliyi

Prezident naziri komissiyaya həmsədr təyin etdi

13 İyul

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 avqust tarixli 1345 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

TİA.AZ xəbər verir ki, sərəncama əsasən Komissiyanın tərkibi aşağıdakı formada təsdiq edilib:

“Komissiyanın həmsədri

Azərbaycan Respublikasının energetika naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı tərəfinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, daha öncə komissiyanın həmsədri Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri idi.