Prezident: “Minsk Qrupu II Qarabağ müharibəsindən sonra bizə hər hansı təklif verməyib”backend

Prezident: “Minsk Qrupu II Qarabağ müharibəsindən sonra bizə hər hansı təklif verməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Minsk Qrupundan II Qarabağ müharibəsindən sonra bizə indiyədək hər hansı təklif verilməyib”.
TİA.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində deyib.
Prezident bildirib ki, təklif olmadığı üçün Minsk Qrupunun fəaliyyəti haqqında danışmağın yeri yoxdur: “Artıq 1 il keçib. Nə təklif edirsən? Deyirsən ki, bu münaqişə həll edilməlidir. Mən Azərbaycan olaraq deyirəm ki, mən bunu həll etdim. Özüm. Bütün təzyiqlərə rəğmən. Dolayısıyla bir təklif olmalıdır. Nə ilə məşğul olmalıdırlar? Mən öz fikirlərimi ifadə etdim, qalanı onların məsuliyyətindədir”.