Tribuna İnformasiya Agentliyi

Prezident Maştağada 28 nömrəli tam orta məktəbin açılışında iştirak edib

14 Sentyabr

Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış oldu.

Sonra dövlətimizin başçısı məktəbin müəllim-şagird kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.