Prezident Kəlbəcər və Laçınla bağlı sərəncam imzaladıbackend

Prezident Kəlbəcər və Laçınla bağlı sərəncam imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

TİA.AZ-ın məlumatına görə, sərəncama əsasən, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10 milyon manat ayrılıb.