Prezident jurnalisti əfv etdi (FOTO)backend

Prezident jurnalisti əfv etdi (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azadlıq” qəzetinin həbsdə olan bölgə müxbiri Elçin İsmayıllı əfv olunub.
TİA.AZ xəbər verir ki, o, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə əfv edilib.
Beləliklə, 1978-ci il təvəllüdlü E.İsmayıllı cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Qeyd edək ki, İsmayıllı Elçin Səməd oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 18 sentyabr tarixli hökmü ilə 9 il müddətinə məhkum edilib. O, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli sayılıb.