Prezident İmişliyə yeni icra başçısı təyin etdibackend

Prezident İmişliyə yeni icra başçısı təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

TİA.AZ xəbər verir ki, Prezident İlham Əliyev mayın 21-də bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, E.Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları mayın 5-də İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.