Prezident İlham Əliyev “İstisu” sanatoriyasında olub-VİDEObackend

Prezident İlham Əliyev “İstisu” sanatoriyasında olub-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi də biz İstisuya gəldik. “İstisu” sanatoriyasının dağılmış görüntüləridir gözünüzün önünd. Vəhşi düşmən buranı da söküb”.

TİA.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində “İstisu” sanatoriyasına baş çəkərkən deyib.

“Sanatoriya korpuslarını nə günə qoyub. Baxın”, – Azərbaycan Prezidenti bildirib.

Prezident, həmçinin ermənilərin ispanca “sülh” mənasını verən abidəni də sökdüklərini deyib: “Bu abidə sülhü tərənnüm edirdi. Düşmən bunu da söküb. Biz yenidən bütün yerləri bərpa edəcəyik”.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.