Prezident İlham Əliyev 2021-ci ilin dövlət büdcəsini təsdiqlədibackend

Prezident İlham Əliyev 2021-ci ilin dövlət büdcəsini təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunu imzalayıb.

TİA.AZ xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427 000,0 min manat, xərcləri 28 543 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 24 621 550,0 min manat, yerli gəlirləri 805 450,0 min manat, mərkəzləşdirilmiş xərcləri 27 683 368,0 min manat, yerli xərcləri 859 632,0 min manat) məbləğində təsdiq edilib.

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulub:

Gəlirlərin mənbələri Məbləğ (min manatla)
2.1. Fiziki şəxslərin gəlir vergisi 1 150 000,0
2.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2 144 000,0
2.3. Hüquqi şəxslərin torpaq vergisi 45 000,0
2.4. Hüquqi şəxslərin əmlak vergisi 211 000,0
2.5. Əlavə dəyər vergisi 4 710 000,0
2.5.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 2 740 000,0
2.6. Sadələşdirilmiş vergi 295 000,0
2.7. Aksizlər 1 059 000,0
2.7.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər 170 000,0
2.8. Yol vergisi 114 000,0
2.8.1. Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 40 000,0
2.9. Mədən vergisi 138 000,0
2.10. Gömrük rüsumları 950 000,0
2.11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar 141 000,0
2.12. Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 2 481,0
2.13. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 168 050,0
2.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfertin yuxarı həddi) 12 200 000,0
2.15. Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 11 000,0
2.16. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 8 000,0
2.17. Dövlət rüsumu 170 000,0
2.18. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar 15 000,0
2.19. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 700 000,0
2.20. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert 880 000,0
2.21. Mərkəzi Bankın mənfəətindən ayırmalar 250 000,0
2.22. Sair daxilolmalar 65 469,0

Müəyyən edilib ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondu dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

(min manatla)

3.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondu 290 000,0
3.1.1. yol vergisi 114 000,0
3.1.2. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi 6 000,0
3.1.3. idxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər 46 000,0
3.1.4. idxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu 91 000,0
3.1.5. Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu 15 500,0
3.1.6. nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu 17 500,0

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələr hesabına formalaşdırılır:

– bu Qanunun 9-cu maddəsi ilə 2021-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olan hissəsi (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid edilənlərdən başqa);

– gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar, Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, Mərkəzi Bankın mənfəətindən ayırmalar, sair daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondunun gəlirləri tam həcmdə.

Bu Qanunun 9-cu maddəsi ilə 2021-ci il üçün hər bir şəhər və rayon üzrə müəyyən edilmiş gəlirlərin müvafiq şəhər və rayonların yerli xərclərindən artıq olmayan hissəsi onların yerli gəlirlərinin formalaşdırılmasına yönəldilir.

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:

Xərclərin istiqamətləri Məbləğ (manatla)
7.1. Ümumi dövlət xidmətləri 4 159 765 076,0
7.1.1. qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti 1 062 439 566,0
7.1.2. beynəlxalq münasibətlər 274 300 000,0
7.1.3. xarici yardımlar 36 800 000,0
7.1.4. elm 183 308 217,0
7.1.5. seçkilərin keçirilməsi və statistika tədbirləri 19 631 038,0
7.1.6. büdcələrarası transfertlər 384 531 000,0
7.1.6.1. yerli (bələdiyyələr) büdcələrə verilən dotasiya 5 100 000,0
7.1.6.2. yerli (bələdiyyələr) büdcələrə verilən subvensiya 1 300 000,0
7.1.6.3. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 378 131 000,0
7.1.7. dövlət borcu 2 198 755 255,0
7.2. Müdafiə və milli təhlükəsizlik 4 585 806 638,0
7.2.1. müdafiə qüvvələri 1 934 288 659,0
7.2.2. milli təhlükəsizlik 260 612 183,0
7.2.3. sərhəd xidməti 281 620 334,0
7.2.4. müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 3 901 203,0
7.2.5. müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər 2 105 384 259,0
7.3. Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq 2 092 827 281,0
7.3.1. məhkəmə hakimiyyəti 109 960 320,0
7.3.2. hüquq mühafizə 1 589 597 336,0
7.3.3. prokurorluq 99 523 233,0
7.3.4. hüquqi yardım 4 539 200,0
7.3.5. məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər 289 207 192,0
7.4. Təhsil 3 277 655 549,0
7.4.1. məktəbəqədər təhsil 319 352 315,0
7.4.2. ümumi təhsil 1 764 680 611,0
7.4.3. peşə təhsili 51 143 908,0
7.4.4. orta ixtisas təhsili 71 043 059,0
7.4.5. ali təhsil 60 852 036,0
7.4.6. əlavə təhsil 3 415 815,0
7.4.7. təhsil sahəsində tətbiqi tədqiqatlar 5 982 239,0
7.4.8. təhsil sahəsində digər müəssisə və tədbirlər 1 001 185 566,0
7.5. Səhiyyə 1 409 000 546,0
7.5.1. poliklinikalar və ambulatoriyalar 1 487 411,0
7.5.2. xəstəxanalar 153 678 877,0
7.5.3. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 2 421 115,0
7.5.4. səhiyyə sahəsində proqramlar və digər xidmətlər 1 251 413 143,0
7.6. Sosial müdafiə və sosial təminat 3 692 746 545,0
7.6.1. sosial müdafiə 289 724 358,0