Tribuna İnformasiya Agentliyi

Prezident İlham Əliyev Yaponiya imperatorunu təbrik edib

22 Dekabr

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya təbrik məktubu göndərib.

TİA.AZ  bildirir ki, təbrikdə deyilir:

“Əlahəzrət, ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və rifah arzulayıram”.