Tribuna İnformasiya Agentliyi

Prezident İlham Əliyev Xızı rayonuna səfər edib

04 May

Prezidenti İlham Əliyev mayın 4-də Xızı rayonuna səfər edib.

TİA.AZ-ın məlumatına görə, dövlət başçısı əvvəlcə Xızı şəhərinin mərkəzində Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən işlər, həmçinin rayonda həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə prezidentə məlumat verib.