Tribuna İnformasiya Agentliyi

Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib

12 Avqust

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib.

TİA.AZ xəbər verir ki, Aktau şəhərinin beynəlxalq hava limanında dövlət başçısını Qazaxıstanın energetika naziri Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşılayıblar.