Tribuna İnformasiya Agentliyi

Prezident İlham Əliyev Həzi Aslanovun abidəsini ziyarət edib

09 May

Azərbaycan Prezidenti İlham Əliyev 9 May – Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib. ONA-nın məlumatına görə, ölkə başçısı abidənin qarşısına əklil qoyub.

Mərasimə dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri, veteranlar, ictimaiyyət təmsilçiləri qatılıblar.