Prezident iki səfirin etimadnaməsini qəbul etdi – FOTOLARbackend

Prezident iki səfirin etimadnaməsini qəbul etdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edib.

TİA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soarenin etimadnaməsini qəbul edib.