backend

Prezident həmkarlarını təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu göndərib. 

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu göndərib.

Məktubda deyilir: “Ümidvaram ki, Azərbaycan-Avstriya dostluğu və əməkdaşlığının daha da möhkəmlənməsi, əlaqələrimizin bütün sahələrdə dərinləşməsi yolunda birgə səylər göstərərək ikitərəfli münasibətlərimizin inkişafına yeni töhfələr verəcəyik”.

Dövlətimizin başçısı Avstriyanın yeni seçilmiş Prezidentinə ən xoş arzularını yetirib, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətində ona uğurlar diləyib.

Prezident İlham Əliyevin İsveçrənin yeni seçilmiş Prezidenti xanım Doris Loytharda ünvanladığı təbrik məktubunda isə deyilir: “Biz Azərbaycan ilə İsveçrə arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.

Dövlətimizin başçısı İsveçrənin yeni seçilmiş Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.