Tribuna İnformasiya Agentliyi

Prezident deputatla bağlı sərəncam imzaladı

08 İyun
Azərbaycan Prezidenti İlham Əliyev deputat İmamverdi İsmayılovun təltif edilməsi haqqında sərəncam imzalayıb. 
TİA.AZ xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İmamverdi İbiş oğlu İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, iyunun 10-da İmamverdi İsmayılovun 60 yaşı tamam olur. O, 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olub.
1995-ci ildən Milli Məclisin deputatıdı.
Hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.