Tribuna İnformasiya Agentliyi

Prezident daha bir Xalq artistinə ev hədiyyə etdi

05 İyul

Prezident İlham Əliyev Xalq artisti Məmmədsəfa Qasımova 3 otaqlı mənzil hədiyyə edib.
Bu barədə  aktyor özü məlumat verib. O bildirib ki, ölkə başçısının hədiyyə etdiyi mənzil Lökbatan qəsəbəsində, “Binə” ticarət mərkəzinin yaxınlığında yerləşir.

“Mən cənab Prezidentə, nazir Əbülfəs Qarayevə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar ki, məni, ailəmi sevindirdilər. İndi həmin evdəyik”, – aktyor deyib.

Qeyd edək ki, Məmmədsəfa Qasımov Yuğ Teatrının aktyorudur. O, həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyir.