backend

Prezident Çingiz Qurbanovun ailəsi ilə görüşdü – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb. 

Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

TİA.AZ xəbər verir ki, məlumatı prezidentin rəsmi saytı yayıb.“Keçən il dekabrın 29-da sizin oğlunuz əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olub. Çingiz böyük qəhramanlıq, igidlik göstərib”.

TİA.AZ-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu günMilli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşündə deyib. 

“Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi. Baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı o, qorxmadı geri çəkilmədi. Son nəfəsinə qədər vuruşub, bir neçə işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb. Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu bir daha göstərib ki, Azərbaycan vətəndaşı, gənci, əsgəri heç bir zaman bugünki vəziyyətlə barışmayacaq”.