Prezident: “Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir”backend

Prezident: “Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu gün həyatımızın tarixində əlamətdar gündür. Tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq”.
TİA.AZ-ın xəbərinə görə, bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib.
“Əziz qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var”, – Prezident vurğulayıb.
Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinə toxunan dövlət başçısı bildirib ki, Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir.