Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırdıbackend

Prezident Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

TİA.AZ-ın məlumatına görə, sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 18 800 000 manat ayrılıb