Tribuna İnformasiya Agentliyi

Prezident Anar Rzayevlə bağlı sərəncam imzaladı

13 Mart
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Anar Rzayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.