Tribuna İnformasiya Agentliyi

Prezident AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarını təltif edib

05 Noyabr

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

TİA.AZ xəbər verir ki, sərəncamda bildirilir:

Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Araslı Nüşabə Həmid qızı

Məmməd Tahirə Qəşəm qızı.

Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Ölkə başçısı sərəncam imzalayıb.

Alışanov Şirindil Həsən oğlu

Quliyeva Mahirə Həmid qızı

Yusifov Vaqif Əziz oğlu.