PREZİDENT 3 GENERALI TƏLTİF ETDİ – Sərəncambackend

PREZİDENT 3 GENERALI TƏLTİF ETDİ – Sərəncam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər:

Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant

Xəlilov Əsgər Sabir oğlu – general-leytenant

Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.