Tribuna İnformasiya Agentliyi

Premyer Liqada gələn mövsüm də 8 komanda çıxış edəcək

11 May

“Futbol üzrə Azərbaycan Premyer Liqasında komanda sayı artırılmayacaq.”

Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil etdiyi brifinqdə bildirib.

O deyib ki, I Divizion komandalarından yalnız “Sabah” tam şəkildə sənədlərini təqdim edib. Lakin bu komandanın Premyer Liqada sonuncu yeri tutan “Kəpəz”i əvəzləyib-əvəzləməyəcəyinə AFFA-nın Lisenziyalaşdırma Qrupu qərar verəcək.