Premyer Liqa: “Neftçi” “Zirə”yə, “Qarabağ” “Səbail”lə qarşıbackend

Premyer Liqa: “Neftçi” “Zirə”yə, “Qarabağ” “Səbail”lə qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulacaq.
TİA.AZ xəbər verir ki, günün ilk oyununda son çempion “Neftçi” “Zirə”nin qonağı olacaq. “Ağ-qaralar” I turda evdə “Qəbələ” ilə 2:2 hesablı heç-heçə edib, meydan sahibləri isə “Qarabağ”la bərabərə qalıb – 1:1.
Komandalar indiyədək çempionatda 22 dəfə üz-üzə gəlib. Bunların 5-də flaqman, 11-də isə meydan sahibləri 3 xal qazanıb. 6 görüşdə qalib müəyyənləşməyib. Topların fərqində isə “Zirə”nin minimal üstünlüyü var – 23:22.
Tura “Azersun Arena”da yekun vurulacaq. Vitse-çempion “Qarabağ” “Səbail”i qəbul edəcək. Paytaxt klubu ilk matçda gözlənilmədən “Sabah”a qalib gəlib – 1:0. Bu, tərəflərin Premyer Liqada 16-cı oyunudur. Texniki nəticə nəzərə alınmasa, “dənizçilər” rəqibinə qalib gəlməyib. “Qarabağ” 12 qələbə qazanıbsa, 2 görüş heç-heçə yekunlaşıb. Ağdam təmsilçisi uduzmadığı qarşılaşmaların hamısında qol sevinci yaşayıb. Topların fərqində də “köhlən atlar” aşkar üstünlüyə malikdir – 26:3.
Premyer Liqa
2020/21 mövsümü
I dövrə, II tur
22 avqust
18.30 Zirə – Neftçi
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zirə İdman Kompleksinin stadionu.
20.30 Qarabağ – Səbail
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
“Azersun Arena”.
Qeyd edək ki, turun digər oyunlarında “Qəbələ” evdə “Keşlə”ni 2:1, “Sumqayıt” isə “Sabah”ı 2:0 hesabı ilə üstələyib.