Pozner SSRİ-nin dağılmasının səbəbini belə izah etdi: ABŞ-ın işi deyilbackend

Pozner SSRİ-nin dağılmasının səbəbini belə izah etdi: ABŞ-ın işi deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Televiziya aparıcısı Vladimir Pozner Sovet cəmiyyətinin dağılmasının nə üçün baş verdiyinə öz baxış bucağından aydınlıq gətirib.
TİA.AZ  xəbər verir ki, aparıcı “Rusiya cəmiyyətinin dəyərləri necə dəyişir” sualını cavablandıraraq düşüncələrini öz saytında paylaşıb.
Poznerə görə, SSRİ-də uzun müddət hamını bir dəyər birləşdirirdi. İnsanlar yeni, mükəmməl bir cəmiyyətin qurucuları olduqlarına inanırdılar. Onlar üçün “kollektiv, bərabərlik, ədalət” boş sözlər deyildi.
Jurnalist qeyd edib ki, sovet adamının ilk ciddi şübhələri Nikita Xruşşovun Sov.İKP-nin XX qurultayındakı məruzəsindən sonra, İosif Stalinin şəxsiyyət kultunu pozduğu zaman ortaya çıxdı. Lakin sonra Xruşşovun özünə məxsus bir şəxsiyyət kultu ortaya çıxdı: “Sonra Brejnev Jukovu üstələmək üçün öz yaxasına beş qəhrəman ulduzu taxdı”.
Televiziya aparıcısı hesab edir ki, SSRİ qorxu və inam üzərində qərar tuturdu. Və bu yapışqan Stalindən sonra insanlar xoflarından qurtuldular, sonra da bütün həyatlarını boş yerə nəyəsə qurban verdiklərini bildikləri zaman inamlarını itirdilər.
“Düşünürəm ki, məsələ silah yarışı və ya başqa bir şeydə deyildi”, – deyən Pozner əlavə edib ki, bundan sonra da insanlar belə deməyə başladılar: “Qoy axmaqlar inansın, mən isə inanmayacağam”.
Pozner onu da qeyd edib ki, Rusiya cəmiyyətinin dəyərlərinə gəlincə, ona elə gəlir ki, insanlar heç indi də heç nəyə inanmırlar, buna görə onlardan hansısa uğur gözləmək çətindir.