Postsovet ölkələrdə uşaqlara ayrılan müavinət nə qədərdir? – İqtisadçı açıqladıbackend

Postsovet ölkələrdə uşaqlara ayrılan müavinət nə qədərdir? – İqtisadçı açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İqtisadçı ekspert Samir Əliyev xarici ölkələrin uşaqlara ayırdığı müavinətin məbləğini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, ekspert Rusiya, Ermənistan, Ukrayna və Belorusda yeni doğulan uşaqlara verilən birdəfəlik müavinətin həcmində kəskin artımın müşahidə olunduğunu xüsusi vurğulayıb:
“Rusiyada 2022-ci ilin fevralından uşaq doğuşuna görə birdəfəlik müavinətin həcmi artırılaraq 19981 rubla (280 dollar) çatdırılacaq. Fevral ayından 1-ci uşağa qulluğa görə müavinətin minimum həddi 7493 rubla (105 dollar), maksimum həddi 31282 rubla (439 dollar) qaldrılacaq. Müavinətlər uşaq 1,5 yaşa çatanadək ödəniləcək.
Ermənistanda 2022-ci ilin yanvar ayının 1-dən etibarən ailələrə doğulan hər 3-cü və daha çox uşağa görə 50 min dram (təxminən 100 dollar) ödəniləcək. Bu ödəniş uşağın 6 yaşına qədər davam edəcək.
Ukraynada yeni layihəyə görə, 2022-ci ildən doğulan 1-ci uşağa görə ailələr 50 min qriven (1920 USD), 2-ci uşağa görə 100 min qriven (3840 USD), 3-cü və daha çox uşağa görə 150 min qriven (5770 USD) məbləğində ümumi vəsait alacaqlar. Bu vəsaitlərin bir hissəsini (15 min 1-ci, 30 min 2-ci, 45 min 3-cü uşağa görə) birdəfəlik şəkildə doğuşdan sonra, qalanlarını 36 ay ərzində hissə-hissə əldə edəcəklər.
Belorusda 2021-ci ilin noyabr ayının 1-dən 1-ci uşağın doğuşuna görə 2 880,10 rubl (1180 USD), 2-ci və növbətilər üçün 4 032,14 rubl (1652 USD) məbləğində birdəfəlik müavinət müəyyənləşib. Bundan əlavə, 3 yaşa qədər qulluğa görə 1-ci uşaq üçün 495,74 rubl (203 USD), 2-ci və hər növbəti uşaqlar üçün 566,66 rubl (232 USD) aylıq müavinət ödəniləcək. Əlil uşaq valideynləri isə uşağın 3 yaşına qədər 637,38 rubl (261 USD) məbləğində aylıq müavinət alacaqlar.