Tribuna İnformasiya Agentliyi

Portuqaliya yoldaşlıq görüşündə Əlcəzairi darmadağın edib – VİDEO

08 İyun

Portuqaliya milli komandası Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində Əlcəzair yığması ilə yoldaşlıq görüşü keçirib.

“Report” xəbər verir ki, Lissabonun “Da Luş” stadionunda keçirilən görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolun müəllifi 17-ci dəqiqədə fərqlənən yarımmüdafiəçi Qonsalu Quedeş olub. Fasiləyədək digər yarımmüdafiəçi Brunu Fernandeş portuqaliyalıların üstünlüyünü iki topa çatdırıb. Ona qol ötürməsini Kriştianu Ronaldu verib. İkinci hissənin əvvəlində Quedeş dublunu rəsmiləşdirib.

Portuqaliya DÇ-2018-in qrup mərhələsində İspaniya, İran və Mərakeş yığmaları ilə mübarizə aparacaq.

Yoldaşlıq oyunu

Portuqaliya – Əlcəzair – 3:0

Qollar: 1:0 – Quedeş – 17, 2:0 – Fernandeş – 37, 3:0 – Quedeş – 55