Tribuna İnformasiya Agentliyi

Poroşenko Ukraynada hərbi vəziyyət elan etdi – Son dəqiqə

26 Noyabr

Baş Qərargaha səfərbərlik tapşırığı verildi

Ukrayna prezidenti Petro Poroşenko, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı qərar imzalayıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Poroşenkonun imzaladığı qərarnaməyə görə, bu gün Ukrayna saatı ilə 15:00-da (17:00) başlayan hərbi vəziyyət, 25 yanvar 2019-cu ilə qədər davam edəcək.

Poroşenko, imzaladığı qərarnamə ilə Ukrayna Baş Qərargahına, qismən səfərbərliklə bağlı lazımi tədbirləri görmək üçün tapşırıq verib.