Poroşenko Krımı qaytarmaq üçün unikal şans yarandığını açıqladıbackend

Poroşenko Krımı qaytarmaq üçün unikal şans yarandığını açıqladı

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya görə, ölkənin Krım və Donbası geri qaytarmaq üçün “unikal şansı” yaranıb. 
 
Qaynarinfo bildirir ki, onun fikrincə, hazırda Rusiya ağır iqtisadi böhran yaşayır, buna görə Ukrayna hakimiyyəti Rusiya Federasiyası üçün ən əlverişsiz şərait yaratmalıdır.
“Trizub FM”in efirində Poroşenko Rusiyada ağır iqtisadi böhranın başladığını diqqətə çatdırıb. Bu vəziyyətdə, o hesab edir ki, Kiyev və avropalı tərəfdaşlar Rusiyanı “Krımı tərk etməyə” məcbur etmək üçün Moskvaya ən əlverişsiz şərait yaratmalıdırlar.
“Biz neftin qiymətinin aşağı düşdüyünü görürük. Rusiyada ÜDM-in 5% azalması ilə böhran yaşanır. İndi Moskva bu “qulpsuz çamadanı” maliyyələşdirə bilmədiyi vaxtda beynəlxalq həmrəyliyi gücləndirmək və Rusiyanı Donbas və Krımı tərk etməyə məcbur etmək üçün unikal şans yaranıb”, – Ukraynanın beşinci prezidenti deyib.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki