Poroşenko geri dönür: – Zelenskinin partiyası liderliyi itirdibackend

Poroşenko geri dönür: – Zelenskinin partiyası liderliyi itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın hakim Xalqın Xidmətçisi Partiyası 2019-cu ildən bəri ilk dəfə lider mövqeyini itirib.

TİA.AZ xəbər verir ki, bu nəticə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Məlumata görə, reytinq cədvəlində Xalqın Xidmətçisi Partiyasını Pyotr Poroşenkonun Avropa Həmrəyliyi Partiyası qabaqlayıb. Belə ki, Avropa Həmrəyliyi Partiyasını respondentlərin 15,7%-i, Xalqın Xidmətçisini 15,5%-i, Batkivşina Partiyasını 13,6%-i dəstəkləyib.