Pompeo: Çin SSRİ-nin səhvlərini təkrarlayır, ABŞ-a məğlub olacaqbackend

Pompeo: Çin SSRİ-nin səhvlərini təkrarlayır, ABŞ-a məğlub olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Çinlə qarşıdurmadan qalib çıxacaq, çünki Çin hakimiyyəti SSRİ-nin səhvlərini təkrarlayır. 
Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Mayk Pompeo deyib.
Pompeo bu cür səhvləri belə sadalayıb: “potensial müttəfiqlərin uzaqlaşdırılması, ölkə daxilində və xaricdə etimadın məhv edilməsi, mülkiyyət hüququndan imtina və gözlənilən qanunun aliliyi”.
Kaliforniyadakı Richard Nixon Prezident Kitabxanasında çıxışı zamanı Dövlət Katibi əlavə etdi ki, ÇXR Sovet İttifaqından fərqli olaraq, “dünya iqtisadiyyatına dərindən inteqrasiya olunur”, lakin bununla belə, Pekinin Vaşinqtondan daha çox asılı olduğunu qeyd edib. Pompeo vəziyyəti “əvvəllər qarşılaşılmamış bir problem” adlandırıb, nacaq SSRİ onun sözlərinə görə, “azad dünyadan təcrid edilmişdi”, kommunist Çin isə o dünyayayla bağlıdır.
O, həmçinin ABŞ-ın Çin ilə münasibətlərinin ABŞ Prezidenti Ronald Reyqan tərəfindən sovet hakimiyyəti ilə ünsiyyətdə istifadə etdiyi “İnan, lakin yoxla” prinsipinə qarşı “inanma və yoxla” prinsipinə əsaslanmalı olduğunu qeyd edib.