Pomidor yetişdirilməsinə AQTA-dan QADAĞA – Nə baş VERİR?backend

Pomidor yetişdirilməsinə AQTA-dan QADAĞA – Nə baş VERİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Gələn ilin məhsulu üçün kənd sakinləri dekabr ayında səpin edir. Yəni məhsulun sifarişi indidən verilməlidir. Amma heç kim o sifarişi etmir. Pomidor idxalı üçün ən ciddi problem Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sertifikatın alınmasıdır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Göyçay Ləkçılpaq rayon ərazi nümayəndə rəhbəri Aydın Əliyev pomidor yığımı və idxalından danışarkən deyib.
Onun sözlərinə görə yığılan pomidorun Rusiya bazarlarına çıxarılmaması ilə bağlı yaradılan əngəllər, bu səbəbdən məhsulun zay olması fermerlərdə ruh düşkünlüyü yaradıb:

“İnanın bir fermerimizin 10 ton əkdiyi pomidor xarab oldu. Sata bilmədiyindən zay olmuş məhsulu atdı. Yerli bazar məhsulu sifariş vermir və alıcılıq qabiliyyəti də buna imkan vermir. Pomidorlar Rusiya bazarına kütləvi surətdə çıxmasa, yerli bazarda sadə insanlar üçün bunu satmaq problem olacaq. Bu il də bizi təhlükə gözləyir. Bu təhlükəni isə yaradan AQTA-dır. Yeganə səbəb qurumun şərtinə əməl edə bilməməyimizdir. Bilirsiz ki, Agentlik 1 hektardan az olan məhsula sertifikat vermir. Yenə də keçən ilki vəziyyətlə qarşılaşacağıq”.

Aydın Əliyevin sözlərinə görə fermerlərə yaradılan süni əngəllərin qarşısının alınması üçün müraciət etmədikləri qurum qalmayıb:

“Məsələ həll olunmur. 95 hektar örtülü pomidor sahəsi var. Məhsulun yetişdirilməsində çox böyük əziyyətlər olub. Kiloqramı 20 qəpiyə satılan pomidorun maya dəyərini heç bir fermer və sadə kəndli çıxara bilmədi. Bu baxımdan ciddi problemlər oldu. Məhsulun Rusiya bazarlarına ixracına süni əngəllər yaradıldı. AQTA qarşımıza sertifikat şərti qoydu. Bu il belə bir çətinliklə üzləşdik. Gələn il isə nə olacağını bilmirik. Ümid edirəm ki, məsələ ictimailəşəndən sonra əlaqədar qurumlar fermerlərə köməkliklərini əsirgəməyəcəklər”.