Polşada prezident seçkiləri keçirilirbackend

Polşada prezident seçkiləri keçirilir

Polşada prezident seçkilərində səsvermələr başlayıb.“Report” xəbər verir ki, yerli vaxtla səhər saat 7-də seçki məntəqələri seçicilərin üzünə açılıb.

Məntəqələr saat 21:00-dək fəaliyyət göstərəcək. Yalnız seçki məntəqələrinin bağlanmasından sonra “exit poll”un ilk məlumatları elan ediləcək.

Polşada prezident ümumi gizli səsvermə yolu ilə seçilir. Ölkənin Dövlət Seçki Komissiyasının məlumatına görə, seçkilərdə təxminən 30 milyon seçici iştirak etmək hüququna malikdir. Seçkilərin keçirilməsi üçün səsvermə üçün xarici ölkələr (səfirliklər) də daxil olmaqla, 27 mindən çox məntəqə yaradılıb.

Koronavirusa pandemiyasına görə səsvermə qarışıq prinsip üzrə keçirilir. Səsvermə üçün məntəqələrə gəlmək istəməyən seçicilər öz səslərini elektron poçtla da verə bilərlər.

Polşa prezidenti postuna 11 namizəd iddialıdır. Onlar arasında iqtidarda olan Hüquq və Ədalət Partiyasından namizəd, hazırkı dövlət başçısı Anjey Duda da var.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki