Polşada bu mahnını oxumaq qadağan edildi – VİDEObackend

Polşada bu mahnını oxumaq qadağan edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada II dünya müharibəsi zamanı yazılan “Qaranlıq gecə” (“Темная ночь”) mahnısını oxumaq qadağan edilib.

“Qafqazinfo” “Kp.ru”ya istinadən xəbər verir ki, qadağa Qdanskda yerləşən II dünya müharibəsi muzeyinin direktoru Karol Navrotski tərəfindən qoyulub.

Bildirilir ki, Navrotski sözügedən mahnını ifa edən musiqiçi Petr Kosevskinin çıxışını yarımçıq kəsib. Muzey direkotoru bu addımını mahnının bolşeviklərlə bağlı olduğu ilə izah edib.

Qeyd edək ki, 1943-cü ildə “İki döyüşçü” filmi üçün yazılan “Qaranlıq gecə” mahnısının sözləri Vladimir Aqatova, musiqisi isə Nikita Boqosklovskiyə aiddir. Mahnı ayrı-ayrı illərdə Müslüm Maqomayev, İosif Kobzon, Sofiya Rotaru, Lüdmila Qurçenko, Dima Bilan və s. müğənnilər tərəfindən ifa edilib.