Polşa XİN Navalnının analizinin saxtalaşdırılması ilə bağlı Berlinlə müzakirələr aparmadığını açıqlayıbbackend

Polşa XİN Navalnının analizinin saxtalaşdırılması ilə bağlı Berlinlə müzakirələr aparmadığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Xarici İşlər Nazirliyi (XİN) Aleksey Navalnı ilə bağlı Varşava və Berlin arasında telefon danışığının olması ilə bağlı məlumatları təkzib edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Polşa XİN Aleksey Navalnının analizinin saxtalaşdırılması ilə bağlı Berlinlə heç bir müzakirənin olmadığını bəyan edib: “İki ölkənin səlahiyyətlilərinin olduğu iddia edilən Varşava-Berlin arasında telefon danışığına dair Belarusun yaydığı məlumatları təkzib edirik”.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdə Berlinlə Varşava arasında Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnı haqqında danışığın ələ keçirildiyini bildirib. A. Lukaşenko deyib ki, Almaniya kansleri Angela Merkelin Aleksey Navalnının kimlərsə tərəfindən zəhərlənməsinə dair bəyanatı quramadır: “Danışığı bizim radioelektron hərbi kəşfiyyat ələ keçirib”.

Xatırladaq ki, Almaniya hökuməti Berlində müalicə olunan A. Navalnıdan götürülmüş analizlər nəticəsində onun “Noviçok” qrupuna aid sinir iflicedici maddədən zəhərləndiyinin üzə çıxarıldığını bəyan edib.

Almaniya hökumətinin bu bəyanatından sonra dünyanın əksər ölkələri və liderləri A. Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat tələb edir.