Polşa təcili olaraq Rusiya neftindən və qazından imtina etməyi tələb edirbackend

Polşa təcili olaraq Rusiya neftindən və qazından imtina etməyi tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa hökuməti Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əhəmiyyətli, lakin lazımi səviyyədə olmadığını hesab edir və təcili olaraq Rusiya neftindən və qazından imtina etməyi tələb edir.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.

“Rusiya hələ də faydalı qazıntılardan – neft və qazdan əldə olunan vəsaitlərdən məhrum edilməyib. Ən qısa zamanda embarqonun tətbiq edilməli olduğunu birmənalı şəkildə vurğulayırıq. Lakin bəzi ölkələrdə diversifikasiyanın olmaması kimi müəyyən mənada başa düşüləcək hər hansı maneələr varsa, sanksiyalardan yayınmaq istəyini aradan qaldıran gömrük və ya digər xarakterli keçid tədbirləri görülməlidir”, – o deyib.

Nazir müavininin sözlərinə görə, Rusiya hökuməti daxili bazarda müdaxilə həyata keçirmək və hərbi əməliyyatları maliyyələşdirmək imkanı verən toplanmış ehtiyatlardan məhrum edilməlidir. “Söhbət Rusiyanın və rusiyalı oliqarxların Avropa və dünya banklarında yığılmış bir neçə yüz milyard dollarlıq valyuta ehtiyatlarındab gedir. Bu vəsaitlər sadəcə müsadirə edilməlidir”, – Polşa XİN-in nümayəndəsi bildirib.