Polşa prezidentinin təyyarə qəzası işində yeni, sensasion gəlişmə ortaya çıxdıbackend

Polşa prezidentinin təyyarə qəzası işində yeni, sensasion gəlişmə ortaya çıxdı

Polşanın keçmiş prezidenti Lev Kaçinskinin 2010-cu ilin aprel ayının 10-da Smolensk səmasında müəmmalı şəkildə şəkildə təyyarə qəzasına qurban getməsi işində yeni gəlişmə ortaya çıxıb. 

Musavat.com xəbər verir ki, Polşa Respublikasının qurduğu yeni komissiya qəzanın təyyarənin içəridə yaranan partlayış nəticəsində baş verdiyini təsbit edib.

Polyak yetkililər həmin bombanın təyyarənin Rusiyada təmiri zamanı qoyulduğunu iddia edirlər.

Xatırladaq ki, təyyarə bəhs olunan tarixdə “Smolensk-Severnıy” hava limanına eniş edən zaman yerə çarpılıb. Təyyarənin göyərtəsində olan 96 insan – 88 sərnişin və 8 ekipaj üzvü həlak olub. Həmin vaxt Lev Kaçinki 1940-cı ildə Stalinin əmri ilə Katın meşəsində güllələnən Polşa zabitlərinin xatirəsini yad etmək üçün təşkil olunan tədbirdə iştirak etməli imiş.

Məsələnin araşdırılması ilə bağlı qurulan Beynəlxalq aviasiya komitəsi 2011-ci ildə gəldiyi son nəticəni açıqlayıb. Həmin komissiyanın rəyinə görə, təyyarə ekipajın ehtiyat aerodromuna getməkdən vaz keçməsi, habelə bir sıra sistem xarakterli çatışmazlıq səbəbindən qəzaya uğrayıb.

Polşanın keçmiş Xarici İşlər naziri Yeji Millerin başçılğı altında qurulan komissiya da analoji nəticəyə gəlib. Komissiyanın bildirdiyinə görə, təyyarə sıx duman şəraitində tələb olunan həddən aşağı məsafədə uçub. Lakin Polşa iqtidarı Yeji Millerin komissiyasının rəyi ilə razılaşmayıb.

Yeni komissiya keçmiş Müdafiə naziri Antoni Maçareviçin rəhbərliyi ilə təşkil edilib. Bu gün komissiya insidentlə bağlı son gəldiyi nəticələri açıqlayıb. Deyilənə görə, qəzaya təyyarənin sağ qanadı və mərkəzində meydana gələn partlayış səbəb olub. Partlayış versiyasını qüvvətləndirən bir sıra əlamət var. Hava gəmisindəki dağıntıların, habelə həlak olanların üzərindəki zədələrin xarakteri komissiyanı fərqli nəticəyə gəlməyə vadar edir. Bir çox insanın bədəninin tamamilə parçalanmış olması, habelə geyimsiz tapılması həmin şəxslərin güclü partlayış dalğasına məruz qaldığını göstərir. Bundan başqa qurbanların 47%-nin bədəni güclü şəkildə yanıb. Onların üzərlərində təyyarənin başqa predmetlərinin hissələri tapılıb. Polşa komissiyasına görə, ilk partlayış sağ qanadda, ikincisi isə laynerin mərkəzi hissəsində törədilib.

Komissiya təyyarənin göyərtəsində trotil, pentrit və RDX (heksogen) kimi parlayıcı maddələrin izlərinə rast gəlindiyini qeyd edir. Təyyarədə qəzadan bir müddət öncə rus texnikləri tərəfindən təmir-xidmət işlərinin aparılrması şübhə oxlarını rəsmi Moskvaya tərəf çevirib. Çünki trotilin tapıldığı bölgə yalnız təmirçilərin çalışdığı yer olub.

Rusiya Xarici işlər nazirliyi və İstintaq komitəsi iddiaları qəti şəkildə rədd edib. İstintaq komitəsinin nümayəndəsi Svetlana Petrenko bunu “səbəbi hər kəs üçün aydın olan hadisənin əsassız şəkildə şübhə altına salınması cəhdi” kimi dəyələndirdiklərini söyləyib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki