Polşa Prezidenti: “Əminəm ki, Ukrayna bu müharibədən qalib çıxacaq”backend

Polşa Prezidenti: “Əminəm ki, Ukrayna bu müharibədən qalib çıxacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mən əminəm ki, Ukrayna bu müharibədə qalib gələcək və işğal olunmuş ərazilərini geri qaytaracaq”.
Bunu Polşa Prezidenti Anjey Duda ukraynalı həmkarı Volodimir Zelenski ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

“Ukrayna xalqı və hakimiyyəti Polşaya güvənə bilər. Mən inanıram ki, Ukrayna təkcə özünü müdafiə etməyəcək, həm də bu savaşdan qalib çıxacaq. Ukrayna Polşanın dəstəyi nəticəsində yenidən qurulacaq”, – o, bildirib.
Duda əmindir ki, Ukrayna daha da güclənəcək və müasirləşəcək.