Polşa da Rusiya qazından imtina etdibackend

Polşa da Rusiya qazından imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Polşanın Rusiya ilə uzunmüddətli qaz müqaviləsi 2022-ci ilin dekabrında başa çatır və Rusiya ilə yeni saziş imzalanmayacaq”
TİA.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə komissarı Petro Naimski bildirib.
“Biz artıq Rusiya tədarükçülərindən qaz almayacağıq. Hazırda 50%-i Rusiyadan qazdır, biz onu əvəz edə bilərik”, – Naimski bildirib.
Onun sözlərinə görə, Polşanın idxalının böyük hissəsi Rusiya qazının payına düşür, lakin dövlətə məxsus PGNiG şirkəti onu əvəz edə bilər.
Xatırladaq ki, Avropa İttifaqı Rusiyanın “Rosneft”, “Transneft” və “Qazpromneft” şirkətlərinə qarşı daha sərt sanksiyalar tətbiq etməyi planlaşdırır. Eyni zamanda, blok Rusiya neftini qaz üçün almaqdan imtina etmir.