Polşa Belarusla sərhəddə hasar çəkirbackend

Polşa Belarusla sərhəddə hasar çəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Polşa Belarusla sərhəddə hasar çəkməyə başlayıb
.
“Report” xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi tviter səhifəsində məlumat yayıb.
“Polşa-Belarus sərhədində hasarın tikintisinə başlanılıb. Bu gün Sərhəd Mühafizəsi tikinti sahələrini podratçılara təhvil verib”, – məlumatda deyilir.
Hasarın uzunluğu 186 kilometr olacaq. Layihənin dəyəri 1,6 milyard zlotdur.
Qeyd edək ki, 2021-ci ilin noyabrında minlərlə miqrant Polşa-Belarus sərhədində toplanıb. Onlardan bəziləri Polşaya girməyə çalışsalar da, bu mümkün olmayıb. Polşa hakimiyyəti hərbçiləri, hüquq-mühafizə orqanlarının nümayəndələrini, eləcə də hərbi texnikanı sərhədə göndərib.
Polşa Sərhəd Mühafizəsinin məlumatına görə, 2021-ci ilin payızının əvvəlindən Belarusdan sərhədi qanunsuz keçməyə 20 minə yaxın cəhd qeydə alınıb.