POLİTOLOQDAN SENSASİYA: AMERİKA SÜRÜŞKƏN OYUNA QATILIB, HƏDƏF AZƏRBAYCAN DEYİL…backend

POLİTOLOQDAN SENSASİYA: AMERİKA SÜRÜŞKƏN OYUNA QATILIB, HƏDƏF AZƏRBAYCAN DEYİL…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu məsələdə əsas günahkar Qərb, xüsusilə də ABŞ-dır”.

Bunu TİA. Az-a açıqlamasında politoloq Tofiq Abbasov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatları haqqında danışarkən deyib. Onun sözlərinə görə, ABŞ həmişə başqa dövlətlərin aparıcı qüvvələrini aldadıb, yalançı vədlər verir:
“Hadisələrin gedişatı əvvəlki ssenari üzrə gedir. Ermənistan yenə də öz başağrısını artırmaq niyyətindədir. Xarici qüvvələrə güvənərək Azərbaycana qarşı təxribatlarını sistemli şəkildə genişləndirir və nəhayət bu işlərin sonunda həmişə başından ağrılı, təsirli zərbələr alır. Artıq Ermənistan üçün bəlli olmalıdır ki, o özünün nicat yolunu kənarda yox, bölgədə axtarmalıdır. Burada Azərbaycan ona beş prinsipdən ibarət proseslərin tənzimlənməsinə dair təkliflərini veribsə, onlar da buna hə deyibsə, gərək anlasınlar ki, revanşizm cəhdləri əbəsdir.

Burda əsas günahkar Qərb, xüsusilə də ABŞ-dır. ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filipp Rikerin bölgəyə gəlməsi ilə bağlı biz gördük ki, rəsmi Vaşinqton bizim bölgədə təhlükəli oyunlara rəvac verir. Onlar Ermənistana fitva verib meydana salır, amma Ermənistanın da siyasi elitasının əqli imkanları natamam olduğundan onlar anlamır ki, ABŞ həmişə başqa dövlətlərin aparıcı qüvvələrini aldadır, vəd verir ki, siz başlayın, biz arxanızda durmuşuq. 2008-ci ildə bu, Gürcüstanda baş verdi, Saakaşvili höküməti yalançı vədlərə uyaraq hücuma keçdi və nəticədə torpaq itkiləri ilə razılaşmalı oldu. Bu il Ukraynanın siyasi dairələri onlara inanaraq müharibə başladı. Ancaq indi görürsünüz ki, amerikalılar da, avropalılar da qışqırıq qaldırıb ki, dünya gərək kömək etsin. Bəs siz onlara dəstək vəd edirdiniz? Makro tərzdə vəd verib mikro tərzdə köməklik göstərirsiniz. Amerika çox sürüşkən bir oyuna qatılıb, onların hədəfi Azərbaycan deyil. Amerika Rusiyaya qarşı mübarizə aparır və onun təsiri bizə gəlir. “Altılıq formatı” söhbəti açılanda da Amerika etirazını bildirdi. Xeyir ola? Siz niyə başqa xalqların taleyinə qarışırsınız? Əlbəttə, Fransa, Niderland, Belçika kimi ölkələr də Ermənistana fitva verir.
Prezident İlham Əliyev həmişə deyir ki, biz artıq heç bir məsələdə güzəştə getməyəcəyik, torpaqlarımızın keşiyində duracağıq və bu bizim müqəddəs işimizdir. Bu dəfə də Ermənistan yaxşıca bir dərs aldı”.

Aytac

TİA. Az