POLİTOLOQ ASİF NƏRİMANLI: SƏRHƏDDƏ TƏXRİBATLAR GÖZLƏNİLƏN İDİbackend

POLİTOLOQ ASİF NƏRİMANLI: SƏRHƏDDƏ TƏXRİBATLAR GÖZLƏNİLƏN İDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayılan video köhnə çəkilişdir. Bu videonun indi gündəmə gətirilməsinin əsas səbəbi Nikol Paşinyanın seçkiöncəsi Ermənistanın daxili auditoriyasına oynamaq cəhdidir.

Bu sözləri TİA.az-a açıqlamasında politoloq Asif Nərimanlı sərhəd bölgəsində ermənilərin Azərbaycan əsgərlərinə qarşı aqressiv davranışlarını əks etdirən videogörüntülər haqqında danışarkən deyib. Politoloq həmçinin qeyd edib ki, Ermənistanın belə təxribatlara əl atacağı gözlənilən idi:

“Ermənistan sərhəd məsələsindəki mövqeyi ilə müharibədəki məğlubiyyəti kompensasiya etməyə çalışır. Müharibədən sonra millətçiliyin önə çıxmasından istifadə edən Paşinyan bu kimi təxribatlarla “xarici düşmənlə mübarizə aparırıq” mesajını vermək istəyir. Bu, məsələnin daxili tərəfidir. Digər tərəfdən də burada üçüncü tərəflərin maraqları var. Bu maraqların əsas hədəfi Rusiyanı bölgədə Türkiyə ilə üz-üzə qoymaqdır. Əgər Rusiya Ermənistana kömək edərsə, Rəsmi Ankara Azərbaycana dəstək verəcək. Yox, əgər Rusiya Ermənistana kömək etməsə bu, sonrakı dövrdə Ermənistanda Rusiya təsirlərinin zəifləməsinə səbəb ola bilər.
Belə görünür ki, Ermənistan tərəfi sərhəddə təxribat yaratmaqla KTMT-ə dördüncü bənd üzrə müraciət üçün zəmin yaratmaq istəyir.
Ekspert həmçinin onu da qeyd edib ki, hazırda Ermənistan tərəfinin atdığı addımlar məhz daxili siyasətə hesablanıb:
“Düşünürəm ki, seçkiqabağı Ermənistan tərəfi təxribat xarakterli belə çox addımlar atacaq. İndiki vəziyyətdə isə Azərbaycan əsgərinin soyuqqanlı davranışı təqdirəlayiqdir. Çünki həmin videoda Azərbaycan əsgərinin bir dəfə atəş açmasının görülməsi belə Ermənistanın xeyrinə olardı.

Aytac Sahəd

TİA.az