Polisin üstünə zibil atanların evinə belə daxil oldular – VİDEObackend

Polisin üstünə zibil atanların evinə belə daxil oldular – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayarkən həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

“Report” xəbər verir ki, həmin şəxslərin saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılmış videoda Çevik Polis Alaytının Xüsusi Təyinatlı qüvvələrinin evə daxil olaraq şübhəli şəxsi yatdığı yerdən götürülərək aparılması əks olunub.

Həmin görüntüləri təqdim edirik.

Qeyd edək ki, aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər.