Polis binaların həyətində çağırış edir: “Evdə qalın” (VİDEO)backend

Polis binaların həyətində çağırış edir: “Evdə qalın” (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Polis əməkdaşları paytaxtda binaların həyətlərində avtomobillərlə dolaşaraq xüsusi səsgücləndiricilər vasitəsilə “evdəqal” çağırışı edir.

Bu barədə məlumatı Bakı Şəhər Baş Polis İdarəsi yayıb. Çağırışda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar şənbə və bazar günlərində yaşayış yerinin tərk edilməsinin qadağan olunduğu və tələbin yerinə yetirilməməsinin hüquqi məsuliyyət yaratdığı bildirilir.

Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib.

Sözügedən qaydanı pozaraq evdən çıxanlar cərimə oluna və hətta həbs edilə bilərlər.